19:40

Goranboyda 22 yaşlı oğlanın meyiti əkin sahəsində aşkarlandı

Goranboyda gənc oğlanın meyiti tapılıb.

Day.Az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Bəşirli kəndinə qeydə alınıb.

Belə ki, kənd sakini 2004-cü il Ə. Abbasovun meyiti kəndin yaxınlığında əkin sahəsindən tapılıb.

Dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Gənc oğlanın hansı şəraitdə ölməsi məlum deyil.

Faktla bağlı Goranboy rayon prokurorluğunda araşdırma aparılır.