14:28

UEFA “Qarabağ”a 1.7 milyon dollar ödədi

UEFA növbəti dəfə “Qarabağ” klubuna ödəniş edib.

Lider.com.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisinə Avropa Liqasının play-off mərhələsinə vəsiqə qazandığına və 1/8 final mərhələsinə yüksəldiyinə görə 1,700,000 (bir milyon yeddi yüz min) avro verilib.

Vəsait milli assosiasiyanın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.