
Azərbaycan Atıcılıq Federasiyasından Lider.com.az -a verilən məlumata görə, təmsilçimiz qadınlar arasında 10 m məsafəyə pnevmatik tapançadan atəş üzrə yarışda 578 xalla uğurlu nəticə əldə edib.
Qeyd edək ki, N.Nəsirova həlledici mərhələdə qalib olarsa Parisdə keçiriləcək 2024 Yay Olimpiya oyunlarına vəsiqə qazanacaq.
