Azərbaycan paraüzgüçüsü Vəli İsrafilov Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında finala yüksəlib.
Lider.com.az xəbər verir ki, SB13 kateqoriyasında yer alan idmançı 100 metr məsafəyə brass üsulu ilə üzmədə çıxış edib.
Vəli İsrafilov ilk səkkizliyə düşdüyündən həlledici raunda da vəsiqə qazanıb.
Qeyd edək ki, paralimpiada sentyabr ayının 8-də başa çatacaq.

