Sizin Reklam Burada
RU
11:44

Bu il Azərbaycanda hansı bank bağlana bilər?

"Bu ilin sonuna kimi Azərbaycanda hər hansı bir bankın bağlanılması gözlənilmir".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı Əkrəm Həsənov deyib.

Onun sözlərinə görə, hazırda ölkədə bankların heç birində ciddi ödəniş problemi yaşanmır:

"Amma bizdə praktikada belə şeylər olub, bəzən heç bir problemi olmayan bankların fəaliyyətini qəfildən dayandırıblar. Məsələn, 2020-ci ildə "NBCBank" ASC-nin lisenziyaları ləğv edildi, ötən il isə "Günay Bank" bağlandı. Bankların bağlanması ciddi əsas olmalıdır".

Əkrəm Həsənov hazırda fəaliyyətdə olan bütün bankların problemli kreditləri olduğunu vurğulayıb.
Lider.com.az

Çox oxunanlar