Bu ilin aprel ayında valyuta ehtiyatlarımız 12% ataraq 66 milyard ABŞ dollarına çatıb.Bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.
Onun sözlərinə görə, AMB-nin ehtiyatları 2,2 % artaraq 9,2 milyard ABŞ dollarına yüksəlib.
"Kredit portfelimiz 20 milyard ABŞ dollarına çatıb. Depozit bazası 5% dən çox artıb. Kredit portfelinin keyfiyyəti isə 3,7 %-ə düşüb", - deyə AMB sədri vurğulayıb.
