Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinə tabeli Laçın rayon Mədəniyyət Mərkəzinin kənd klub və mədəniyyət evlərinin birgə təşkilatçılığı ilə Laçın rayon Şəlvə kənd Mədəniyyət Evində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş "Sən elə bir zirvəsən" adlı tədbir keçirilib.
Tədbirdə Yap Laçın rayon təşkilatının 4 saylı ərazi partiya təşkilatının fəalları, Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasının müəllim və şagirdləri, Laçın rayon Mədəniyyət Mərkəzinin kənd klub və mədəniyyət evlərinin, Laçın rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, Laçın Dövlət Rəsm Qalereyasının əməkdaşları, Laçın rayon 7 nömrəli tam orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər.
Tədbir iştirakçıları ilk öncə Ulu Öndərin məzarını ziyarət edərək önünə tər çiçək dəstələri düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirdilər.
Daha sonra Laçın Dövlət Rəsm Qalereyası tərəfindən hazırlanmış Ulu öndər Heydər Əliyevə həsr olunmuş rəsm əsərlərindən və Laçın rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi tərəfindən hazırlanmış kitablardan ibarət sərgiyə baxış keçirilib.
Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Ulu Öndər Heydər Əliyev haqqında video-çarx nümayiş olunub.
Laçın rayon Mədəniyyət Mərkəzinin direktor v.m.i.e Səbuhi Mixayilov Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıb.
Sonra dərnək üzvləri Ulu Öndərə həsr olunan şeir söyləyib, mahnı ifa edib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.Laçın rayon 1 nömrəli Uşaq Musiqi Məktəbinin tar və kamança müəllimlərinin müşaiyəti ilə Laçın rayon 2 nömrəli Uşaq Musiqi Məktəbinin, Laçın rayon Ərdəşəvi kənd Uşaq Musiqi Məktəbinin, Laçın rayon Şəlvə kənd Uşaq Musiqi Məktəbinim müəllimlərinin ifasında Ulu öndərə həsr olunmuş musiqi nömrələri dinlənilib.
Tədbirin təşkilatçılığında fəal iştirakına görə bir sıra kənd klub və mədəniyyət evlərinin əməkdaşları, dərnək üzvləri fəxri fərman və təşəkkürnamə ilə təltif ediliblər.
Sonda mədəniyyət işçiləri Laçın rayon Şəlvə kənd Mədəniyyət Evinin həyətində Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş 101 ədəd ağac əkərək ağacəkmə aksiyası keçiriblər.