Qubadlı şəhər Əbülfəz Mehdiyev adına Uşaq Musiqi Məktəbinin 55 illik yubileyi qeyd olundu
Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinə tabeli Qubadlı şəhər Əbülfəz Mehdiyev adına Uşaq Musiqi Məktəbinin 55 illik yubileyi qeyd olunub. Tədbir məktəbin xalq çalğı alətləri ansamblının ifası ilə başlayıb. Məktəbin müəllimlərindən ibarət ansamblı, görkəmli bəstəkar Həsən Rzayevin Çahargah Rapsodiyasını səsləndirib.
Sonra aparıcı gələn qonaqları salamlayaraq, məktəbin yaranması və onun 55 illik fəaliyyəti haqqında ətraflı məlumatı qonaqların diqqətinə çatdırıb. Məktəbin müəllim və şagirdlərinin ifasında musiqi nömrələri səsləndirilib. Qubadlı Rayon İcra Hakimiyyəti Başçısının müavini Xoşqədəm Alıyeva, Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev, Soltan Hacıbəyov adına Sumqayıt şəhər Musiqi Kollecinin direktoru Səbinə Mehdiyeva öz çıxışlarinda Qubadlı şəhər Əbülfəz Mehdiyev adına Uşaq Musiqi Məktəbinin səmərəli fəaliyyətini yüksək qiymətləndirərək məktəb kollektivini 55 illik yubiley münasibətilə təbrik ediblər. Sonda fəxri fərmanlar verilib və xatirə şəkli çəkilib.