Azərbaycanın Perudakı səfirliyi Lima Kitabxanasına Azərbaycanın zəngin mədəni irsinə həsr olunmuş iki nəşr bağışlayıb.Day.Az xəbər verir ki, səfirliyimiz tərəfindən Lima Metropolitana Kitabxanasına Azərbaycanın zəngin mədəni irsini əks etdirən "Azerbaijan's Heritage on UNESCO Lists" və "Azerbaijani Carpets, The Dance of Loops" adlı iki kitab hədiyyə edilmişdir.
