Musahibimiz Azərbaycan Dillər Universitetinin Təhsil fakültəsi nəzdində Psixologiya və Pedaqogika kafedrasın dosenti, həmin fakültənin Metod qrupun katibi, Azərbaycan Dillər Universitetinin Psixoloji Yardım Mərkəzinin mütəxəssisi Psixologiya üzrə fəlsəfə doktoru Haqverdiyeva Könül Məmməd qızıdır.- Sizi işdən niyə çıxardılar?
- Universitetdə baş verən qanun pozuntularına və ədalətsizliyə biganə qalmadığım, hüquqlarımı müdafiə etdiyim və qanunsuz hesab etdiyim hərəkətlərə etiraz etdiyim üçün mənə qarşı təzyiqlər başladı və nəticədə əmək münasibətlərimə xitam verildi.
Belə ki, 22 yanvar 2026-cı il tarixində ADU-nun Psixologiya və Pedaqogika kafedrasının dosentinin professor vəzifəsi üzrə seçkisi keçirilmişdir. Seçkidən əvvəl kafedra müdiri İranə Məmmədli və ADU Həmkarlar İttifaqının sədri Misgər Məmmədov rəhbərliyin mövqeyini əsas gətirərək, məndən və digər əməkdaşlara namizədin əleyhinə səs verməyə təzyiq etmişlər.
Namizəd professor vəzifəsinə seçilmək üçün qüvvədə olan qanunvericiliyin və universitetin müvafiq tələblərinin bütün şərtlərinə cavab verdiyi halda, onun əleyhinə səs verməyə yönəlmiş bu tələbə etiraz etdim və öz müstəqil mövqeyimi bildirdim.
28 yanvar 2026-cı il tarixində Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullayevin iştirakı ilə keçirilən iclasda isə 22 yanvar tarixində keçirilmiş seçki zamanı yol verilmiş prosedur pozuntularına etirazımı açıq şəkildə ifadə etdim və seçkinin qanuniliyinin təmin olunmasını xahiş etdim.
Həmin iclasda səsləndirdiyim digər məsələ kafedra müdiri, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qızının yaxın rəfiqəsi, Ali Məhkəmənin hakimi Bəhram Məmmədlinin həyat yoldaşı dosent İranə Məmmədlinin kafedrada qanunvericiliyə və etik davranış qaydalarına zidd hallarla bağlı olmuşdur. Belə ki, kafedra müdirinin ad günü Müəllim Günü, Yeni İl və digər bayramlarda tədris məsələləri üzrə prorector vəzifəsini icra edən Şəfəq Şahməmmədovanın bir başa təşəbbüsü və təşkilatçılığıa ilə böyük məbləğlərdə kafedra əməkdaşlarından pul vəsaitinin toplanılmış, həmin vəsaitlərin onun bank kartına köçürülmüş və müxtəlif hədiyyələr alınmışdır. Xüsusilə, Ad günündə dəyəri 700 manatdan artıq olan qızıl dəst (üzük və sırğa) alınaraq İranə Məmmədliyə təqdim edilmiş və belə hallar davamlı təcrübəyə çevrilmişdir. Kafedra müdiri bu halın əməkdaşlar arasında ayrıseçkiliyə təsir etməyəcəyini bildirsə də, əks faktlardan biri kimi, akkrediyasiya yoxlanılması zamanı ingilis dilində danışıq bacarığı zəif kimi qiymətləndirilən Gülnar Abdullayevanı ixtisasartıma kurslarına yönləndimək əvəzinə, “ilin müəllimi” kimi rəsmiləşdirilməsidir.
Mənim mövqeyim aydın və prinsipial idi: vəzifə və şəxsi münasibətlərdən asılı olmayaraq, universitetdə keçirilən seçkilərin qanunvericiliyə, şəffaflıq və ədalət prinsiplərinə uyğun aparılmasını tələb edirdim. Eyni zamanda, kafedra müdiri İranə Məmmədlinin seçki prosesində yol verdiyi qanunazidd hərəkətlərə və səlahiyyətlərindən kənara çıxaraq əməkdaşlara təzyiq göstərməsinə etirazımı açıq şəkildə bildirdim. Mən qanun pozuntularına susmadım və bu hərəkətlərin hüquqi qiymətləndirilməsini tələb etdim. Məhz bu prinsipial mövqeyimdən, qanunsuz hesab etdiyim hərəkətlərə etiraz etməyimdən və İranə Məmmədlinin proses zamanı yol verdiyini düşündüyüm qanunazidd hərəkətlərə qarşı çıxmağımdan sonra mənə qarşı təzyiq və təqib xarakterli hərəkətlər daha da gücləndi və nəticədə əmək müqaviləmə xitam verildi. Mən hesab edirəm ki, əmək müqaviləmə xitam verilməsi məhz bu mövqeyim və etirazlarımla əlaqəlidir və qanunsuz xarakter daşıyır.
- Məhkəməyə müraciət etdiniz. Nəticə necə oldu?
- İlkin instansiya məhkəməsində mənim üçün əsassız qərar qəbul edildi və mən həmin qərarla razı deyiləm. Hesab edirəm ki, məhkəmə prosesində qarşı tərəfin vəkili tərəfindən həqiqəti əks etdirməyən və sübutlarla təsdiqlənməyən bir sıra fikirlər səsləndirildi. Təəssüf ki, həmin faktların doğruluğunu təsdiq edən sənədlər tələb olunsa da yekun prosesdə buna göz yumuldu və mənim sübut kimi təqdim etdiyim qanuni səs yazıları guya ki, qanunsuz yazılmış kimi təqdim edilərək, lazımi qaydada qiymətləndirilmədi.
ADU rəhbərliyi tərəfindən mənə qarşı tətbiq edilən intizam tədbirləri və əmək müqaviləmə xitam verilməsi ilə bağlı qərarlar qanunilik baxımından ciddi suallar doğurur.
Belə ki: 02 fevral 2026-cı il tarixində ADU rektorunun əmri ilə müəllim Səkinə Seyidovanın ərizəsi əsas götürülərək mənə “Töhmət” elan edilmişdir. Qeyd edim ki, bu günədək həmin ərizənin məzmunu mənə təqdim edilməmiş və onunla tanış olmaq imkanım təmin olunmamışdır;
04 gün davamlı psixoloji təzyiqlər və mənim votsapda səhhətimlə xəbərdarlığa baxmayaraq, 04 fevral 2026-cı il tarixində kəskin hava şəraitində təcili və oflayn iclas çağrılaraq, sakit şəkildə qarşıladığım təzyiqlər. təşkil olunmuş şəkildə təhqirlə əvəzləndi və mənim kafedra müdirinin mənfur və bacarıqsız idarəçiliyinə etirazıma birtərəfli yanaşılaraq, ADU rektorunun növbəti əmri ilə mənə “Şiddətli töhmət” verilmişdir;
05 fevral 2026-cı il tarixində isə ADU-nun növbədənkənar Elmi Şurasının qərarı əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinad edilməklə əmək müqaviləmə xitam verilmişdir.
04 fevralda iclasdan sonra kafedra müdirinin iyrənc oyunu nəticəsində universitetdə çağıedığım təcili yardımin şəkərim 240-a yüksəldiyini bildirəndə, yəqin acdır deyə əməllərini ört-basdır edərək, ələ salınmışam. 05 fevrala keçən gecə xəstə yatağında olakən, səhər insan resusrsları depatamentinin müdiri votsapla saat 13.22-də məni saat 1400-a təyin olunmuş növbədənkənar Elmi Şuraya çağrılanda mən ona 1 gün əvvəl şahidi olduğu səhhətimlə maraqlanmadan və üstəlik yarım saat əvvəldən iclasa çağırmağın insan faktorunun onlar üçün bir heç oldduğunu, eləcə də mənim iştirakım olmadan məsələm müzakirəsinin qanunsuz olduğunu bildirərək, etirazımı bildirmişəm. Burada əsas və cavabsız qalan sual budur: 04 fevral tarixində mənə əsassız “Şiddətli töhmət” verildikdən sonra 05 fevral tarixində əmək müqaviləmə xitam verilməsinə əsas verən hansı yeni qanunazidd hərəkəti etmişəm?
Maraqlı budur ki, işlədiyim zamanlarda haqqım olan tam ştata mən 8 il müddətinə mübarizəmlə keçirildim. Üstəlik həmin 8 ildə kənardan kaferaya 8 müəllim, hətta qeyri-ixtisas və hətta tam ştata müəllim gətirildiyi halda, mənə “ştat yoxdur” deyə ağ yalan söylənilirdi. Ancaq işdən uzaqlaşdırılanda, 3 gün içində 2 töhmət və 1 xitam dərhal əmrləşdirildi.
Həmin müddət ərzində mənim tərəfimdən yeni bir əmək pozuntusunun törədilməsi barədə məhkəməyə hər hansı sənədlə təsdiqlənmiş sübut təqdim edilməmişdir. Buna baxmayaraq, cəmi bir gün sonra əmək müqaviləmə xitam verilmişdir.
Bundan əlavə, mənə iki intizam tənbehinin cəmi iki gün ərzində tətbiq edilməsi də ciddi suallar doğurur. Birinci “Töhmət”dən cəmi iki gün sonra “Şiddətli töhmət” verilmiş, ertəsi gün isə əmək müqaviləmə xitam verilmişdir. Əmək Məcəlləsinin 189-cu maddəsinə əsasən, bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilə bilər. Buna görə də bu iki tənbehin hansı ayrı-ayrı intizam xətalarına görə tətbiq edildiyi və hər bir tənbeh üzrə konkret hüquqi əsasın nə olduğu aydın şəkildə göstərilməli və sənədlərlə təsdiqlənməlidir. Hər bir intizam tənbehi tətbiq edilməzdən əvvəl məndən yazılı izahat tələb edilməli və qanunvericilikdə nəzərdə tutulan prosedurlara əməl olunmalı idi.
Məhkəmənin ilk iclasında hakim də məhz bu məsələyə diqqət yetirərək qarşı tərəfin vəkilindən bunu təsdiq edən sənəd tələb etmişdir. Lakin sonrakı iclaslarda mənim dəfələrlə təkid etməyimə baxmayaraq, bu məsələ araşdırılmamış, qarşı tərəf isə həmin iddianı təsdiq edən sənədləri təqdim etməmişdir.
Mənim üçün əsas məsələ məhkəmədə kimin haqlı görünməsi deyil, həqiqətin sənədlər və sübutlar əsasında müəyyən edilməsidir. Əgər mənim əmək müqaviləmə xitam verilməsinə əsas olan konkret qanun pozuntusu mövcud idisə, həmin pozuntu sənədlərlə və mötəbər sübutlarla təsdiqlənməli idi. Bu sübutlar təqdim edilmədiyi halda belə ağır nəticəyə gətirib çıxaran qərarın hansı əsaslarla qəbul edildiyi isə ciddi sual doğurur.
Mən bu qərarla razı deyiləm və hesab edirəm ki, iş üzrə bütün faktlar, sənədlər və hüquqi əsaslar tam və obyektiv şəkildə araşdırılmalıdır.
- ADU Həmkarlar İttifaqı bu prosesdə Sizin və digər əməkdaşın hüquqlarını müdafiə etdimi və konkret olaraq hansı mövqe ortaya qoydu?
- Bu prosesdə Həmkarlar İttifaqının və onun sədri Misgər Məmmədovun fəaliyyəti də ayrıca araşdırılmalıdır. Çünki əməkdaşın əmək hüquqlarının müdafiəsində Həmkarlar İttifaqının rolu formal xarakter daşımamalı, işçinin hüquqlarının qorunmasına xidmət etməlidir. Mənim işim üzrə Həmkarlar İttifaqının hansı mövqe tutduğu, hansı tədbirləri gördüyü və qanunla nəzərdə tutulan fəaliyyətini həyata keçirib-keçirmədiyi də araşdırılmalıdır.
- Sizə barışıq təklif edilmişdimi?
- Bəli, mənə barışıq adı altında əmək müqaviləmə xitam - verilməsinin dəyişdirilməsi təklif edildi. Bunun müqabilində isə, məhkəməyə iddia ilə müraciət etməməyim və öz xahişimlə işdən azad olunmağım istənildi. (Təklif qarşı tərəfin vəkili tərəfindən məhkəmə prosesində dəfələrlə səsləndirildi).
Lakin mənim üçün məsələ yalnız əmək müqaviləsinə xitam verilməsi barədə sənəddə yazılan maddənin dəyişdirilməsi deyil. Mən uzun illər bu universitetdə çalışmış, elmi və pedaqoji fəaliyyətlə məşğul olmuşam. Bütün əmək fəaliyyətimi təhsilə və elmə həsr etmiş bir insan kimi fəaliyyətimin sonunun üzərimdə əsassız bir damğa kimi qalmasını qəbul edə bilmərəm.İctimai fəaliyyətim nəinki işlədiyim ADU daxilində, həçminin respublika və beynəlxalq səviyyəli təşkilatları əhatə edir. Belə ki, Humanist Pedaqogika Beynəlxalq Təşkilatının Azərbaycan üzrə idarə heyətinin, Amerika Psixoloqlar Assosiasiyasının və “TURAN qadın yazarlar birliyi”nin fəal üzvüyəm. 2001-ci ildən Yeni Azərbaycan Partiyasının Nəsimi rayon ADU ilk təşkilatının fəal üzvüyəm.
Mənim üçün əsas məsələ hansısa formal güzəşt əldə etmək deyil, ədalətli hüquqi nəticənin təmin olunmasıdır. Mənim əmək müqaviləmə xitam verilməsi qanunsuz və əsassız olub, buna hüquqi qiyməti verilməli və pozulmuş hüquqlarım bərpa edilməlidir.
- Bu proses sizə şəxsən necə təsir edib?
- Bu prosesə yalnız işimi itirmək prizmasından baxmaq düzgün olmaz. Mən ADU-da uzun illər ərzində elmi-pedaqoji fəaliyyətlə yanaşı, ictimai və təşkilati işlərdə də fəal iştirak etmişəm. Dörd il ərzində Psixoloji Yardım Mərkəzində ictimai əsaslarla tələbələrə psixoloji yardım göstərmişəm. Eyni zamanda, iki dəfə kafedra üzrə Həmkarlar İttifaqı sədri, fakültə üzrə isə metodik qrupun katibi olmuşam.
Burada məntiqli bir sual yaranır: Əgər mən aqressiv, münaqişəyə meyilli və əməkdaşlıq etməkdə çətinlik çəkən bir insan idimsə, rəhbərlik nə üçün mənə tələbələrlə psixoloji yardım kimi həssas və məsuliyyətli işi, eləcə də həmkarlarla bağlı ictimai və təşkilati vəzifələri illər ərzində etibar edirdi?
Bu vəzifələr məsuliyyət, etimad, ünsiyyət bacarığı və insanlarla işləmək qabiliyyəti tələb edir. Mənim illərlə bu işlərə cəlb olunmağım və mənə belə məsuliyyətlərin həvalə edilməsi mənim peşəkar fəaliyyətimə və insanlarla münasibətlər qurmaq bacarığıma verilmiş etimadın göstəricisidir. Bu səbəbdən sonradan mənim barəmdə tamamilə fərqli xarakterli təsəvvür yaradılması mənim üçün xüsusilə ağırdır.
O ki qaldı bu prosesin mənə təsirinə... İnsan illərlə çalışdığı, peşəkar fəaliyyətinin mühüm bir hissəsini keçirdiyi müəssisədən belə bir vəziyyətdə ayrıldıqda bunun psixoloji və mənəvi təsiri, əlbəttə ki, qaçılmazdır.
Mənim üçün ən ağır olan yalnız işimi itirmək deyil. Ən ağır olan uzun illər ərzində göstərdiyim əməyin, elmi-pedaqoji fəaliyyətimin və universitetə verdiyim töhfələrin belə bir prosesin kölgəsində qalmasıdır. Mən öz peşəkar fəaliyyətimin əsassız ittihamlarla və mənim həqiqi fəaliyyətimə uyğun olmayan təsvirlərlə qiymətləndirilməsini qəbul etmirəm.
Mən uzun illər elmə və təhsilə nümunəvi xidmət etmişəm və rəsmi təşəkkerlər almışam. istəyim çox sadədir: 36 illik fəaliyyətimə obyektiv qiymət verilsin, peşəkar nüfuzum əsassız şəkildə zədələnməsi, bunun səbəbkarları barəsində qanuni tədbir görülsün və bu prosesin nəticəsi mənim üzərimdə haqsız bir damğa kimi qalmasın.
- Siz universitetə qayıtmaq istəyirsiniz?
- Əlbəttə, mən öz peşəmi davam etdirmək istəyirəm. Mənim elmi və pedaqoji fəaliyyətim dayanmayıb. Mən psixologiya sahəsində uzun illər çalışmışam və özümü bu peşədən kənarda təsəvvür etmirəm. Mənim tələbim – ədalətli münasibətdir.
- Siz konkret şəxsləri ittiham edirsiniz?
- Bəli, edirəm. Mən hesab edirəm ki, mənim hüquqlarım pozulub və bu prosesdə konkret şəxslərin konkret hərəkətlərinin araşdırılmasına ehtiyac var.
Mən niyə susmalıyam? Qeyd etmək lazımdır ki, ADU-da bu, ilk belə hal deyil. Müxtəlif vaxtlarda öz narazılığını və etirazını bildirən əməkdaşlara qarşı eyni xarakterli təzyiq və təqib halları dəfələrlə tətbiq edilmişdir. Əməkdaşlar kollektiv şəkildə həmin şəxslərin əleyhinə çıxış etməyə, həqiqəti əks etdirməyən ərizə və izahatları imzalamağa məcbur edilmişlər.
Illərdir universitet rəhbərliyinin özbaşınalığı sayəsində neçə-neçə professor-müəllim heyətinə qarşı təzyiq və qərəzli qərarlar qəbul olunub, onlardan bəziləri təzyiq altında öz xahişləri ilə universitetimizi tərk edib, bəziləri sosial şəbəkələrdə aktiv etiraz bildirib, bəziləri hüquqlarını bərpa edə bilib, qeri qaytarılıb, əmək hüquqlarım pozulub, peşəkar fəaliyyətimə və nüfuzuma ciddi zərər dəyib. Mən bütün bunları açıq şəkildə deyirəm və məsul şəxslərin hərəkətlərinə hüquqi qiymət verilməsini tələb edirəm. Mənə qarşı aparılan qərəzli və məqsədyönlü kampaniya Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullayevin göstərişi ilə həyata keçirilmişdir.
Kamal Abdullayev rəhbər kimi kollektivdə yaranmış narazılıqları və fikir ayrılıqlarını qanunun və sağlam idarəçilik prinsiplərinin tələblərinə uyğun şəkildə həll etmək əvəzinə, əksinə özü qarşıdurma yaradır, əməkdaşlara qarşı təzyiq və hədə-qorxu vasitələrindən istifadə etdir, onları ciddi qanun pozuntularına və qarşıdurmaya sürükləyir.
Onun qanunsuz göstərişlərinin həyata keçirilməsində Ümumi işlər üzrə prorektor Vüqar Mehrabov, Kadrlar şöbəsinin müdiri Məmməd İsmayılov, dekan Firuzə Rzayeva müşavirlər Coşqun Dadaşov və Anar Osmanlı, kafedra müdiri İranə Məmmədli, habelə onların göstərişlərini icra edən və bu prosesdə alətə çevrilən ayrı-ayrı “müəllimlər” iştirak etmişlər.
Mən isə, heç vaxt nə qorxmuşam nə susmuşam. Və həmişə də haqqımı bərpa etmişəm. Sonuncu hadisələrdə də haqlı olduğuma əminəm. Universitetimizin ən savadlı alimlərindən birinə qarşı kütləvi təzyiqlərə etirazımı bildirdim, bu mənim həm Psixoloji Mərkəzin mütəxəssi kimi, həm kafedra üzrə həmkarlar təşkilatının qrup sədri kimi , həm də millətin balalarının inkişafında xüsusi rolu olan alimin “məhv”inin qarşısını almaqda bir vətəndaş olaraq, borcum idi. YAP üzvü kimi məsuliyyətimi anlayaraq, məmur özbaşnalığına göz yumsa idim, birbaşa Prezidentimizə xəyanət olardı. Çünki ali baş komandanımız İlham Əliyev dəfələrlə öz çıxışlarında məmur qanunsuzluğuna qarşı ciddi tədbirlər görəcəyi barədə xəbərdarlıq etmişdir. Baş verənlər təsadüfi və ayrı-ayrı şəxslərin təşəbbüsü deyil, mənə qarşı yönəlmiş koordinasiyalı və məqsədyönlü kampaniyanın tərkib hissəsidir. Bu kampaniya çərçivəsində vəzifə səlahiyyətlərindən sui istifadə edilərək. mənə qarşı təzyiq göstərilmiş, peşəkar nüfuzuma və əmək fəaliyyətimə müdaxilə edilmişdir.
Bu hərəkətlərin hər biri hüquqi və inzibati baxımdan qiymətləndirilməli, iştirak edən şəxslərin məsuliyyəti müəyyən edilməlidir.
Bu cür idarəçilik üsulu kollektivdə sağlam mənəvi-psixoloji mühiti dağıdır, əməkdaşlar arasında qorxu və qarşıdurma yaradır, təlim-tərbiyə prosesinə ciddi zərbə vurur və nəticə etibarilə təhsilin keyfiyyətinə mənfi təsir göstərir.
Universitet kimi cəmiyyətə nümunə olmalı olan bir təhsil müəssisəsində əməkdaşların təzyiq altında saxlanılması, həqiqəti əks etdirməyən sənədlərin imzalanmasına məcbur edilməsi və narazılığını bildirən şəxslərin hədəfə alınması yolverilməzdir.
ADU-da formalaşdırılmış bu idarəçilik mühiti artıq yalnız ayrı-ayrı əməkdaşların problemi deyil, universitetin ümumi fəaliyyətinə və təhsilin keyfiyyətinə ciddi zərər vuran sistemli problemdir. Bunun ən mühüm göstəricilərindən biri Azərbaycan Dillər Universitetinin 2025-ci ildə keçirilmiş institusional akkreditasiyadan keçməməsidir.
Əgər qarşı tərəf mənim dediklərimi qəbul etmirsə, buyursun, sənədlərlə cavab versin. Mən də öz sənədlərimi ortaya qoyuram. Bu, mənim haqqımdır və mən bundan geri çəkilmək fikrində deyiləm.
- Bu müsahibədən əsas gözləntiniz nədir?
- Mənim bu müsahibədən əsas gözləntim yalnız özümlə bağlı ədalətli qərarın qəbul edilməsi deyil. Mən istəyirəm ki, bu məsələ daha geniş müstəvidə araşdırılsın və Azərbaycan Dillər Universitetində əməkdaşların hüquqlarının qorunması, əməkdaşlara təzyiq və ayrı-seçkilik xarakterli hallara yol verilməsin, ədalətli və sağlam mənəvi-psixoloji mühitin təmin olunması istiqamətində real addımlar atılsın.
Eyni zamanda, universitet rəhbərliyinin, o cümlədən rektor Kamal Abdullayevin idarəçilik fəaliyyətinə və qəbul etdiyi qərarlara obyektiv hüquqi qiymət verilməsini vacib hesab edirəm. Əgər rəhbərliyin fəaliyyəti nəticəsində hüquq pozuntuları halları araşdırılmalı və buna uyğun hüquqi qiymət verilməlidir.
Mən ümid edirəm ki, bu məsələ aidiyyəti dövlət qurumlarının, o cümlədən dövlət başçısının və Birinci vitse-prezidentin diqqətinə çatdırılacaq və Azərbaycan Dillər Universitetində mövcud vəziyyətə obyektiv yanaşılaraq qanunun aliliyinə və ədalət prinsipinə əsaslanan qərar qəbul ediləcək.
Mənim ən böyük gözləntim isə budur: ədalət yalnız mənim işim üzrə deyil, universitetdə hüquqları pozulan bütün əməkdaşlar üçün təmin olunsun. Məsələn, qeyri-qanuni 46 etiraz səsi almış həmin professora qarşı təzyiqlər davam edir, belə ki, Elmi Şuranın qərarı ilə davamlı müddətdə 3 ay bitən kimi, dərhal yenidən 3 ay Yaradıcılıq məzuniyyətinə göndəriliməsi müəllimin fəaliyyətinə edilən fiziki-psixoloji təzyiqin və idarəetmədəki özbaşnalığın bariz nümunəsidir.
Mənim etirazımın səbəbi budur: akademik Kamal Abdullanın, ADU-da rektorluq fəaliyyətinə başladığı dövrdən bu günə kimi, universitetimizdə Azərbaycan elminə və təhsilinə qarşı yaratdığı səssiz represiyaya son qoyulsun. Müvafiq qurumlar Prezidentimiz cənab İlham Heydər oğlu Əliyevin ictimai şəkildə məmur özbaşlığına qarşı yürütdüyü mübarizə kompaniyasına qanunun tələb etdiyi qaydada dəstək olsunlar.
Heydər
