Moskvanın Domodedovo aeroportu müvəqqəti olaraq təyyarələrin qəbulunu, eləcə də reysləri təxirə salıb.Axar.az xəbər verir ki, bu barədə aeroportun saytında məlumat verilir.
Daha üç reysin Vnukovo hava limanına yönləndirildiyi bildirilib.
Belə bir qərarın səbəbi açıqlanmır.
Qeyd edək ki, bundan öncə Peterburqun Pulkovo aeroportunda elektrik enerjisinin kəsildiyi barədə məlumat yayılmışdı.
