
Bu Lider.com.az-a Milli Məclisin deputatı Aqil Məmmədov deyib.O qeyd edib ki, 2016-ci il aprel ayının 1-dən 2-nə keçən gecə işğalçı Ermənsitan tərəfindən Azərbaycana qarşı törədilən növbəti təxribata şanlı Azərbaycan Ordusu tərəfindən sürətli əks-hücum əməliyyatı həyata keçirilərək cavab verilib: “Ermənistanın işğal altındakı ərazilərdə qurduğu “keçilməz sədd” kimi təqdim edilən müdafiə xəttinin yarılması ilə nəticələn strateji əhəmiyyətli qələbə qazanılıb. Şanlı Aprel qələbəsi Azərbaycan xalqının inamını və ümidlərini özünə qaytarmaqla yanaşı, düşmənin illərdir formalaşdırdığı “məğlubedilməz erməni ordu” mifini darmadağın etmiş oldu. Bu 44 günlük Vətən Müharibəsində tarixi zəfərin başlanğıcı idi”.

Millət vəkili vurğulayıb ki, Aprel döyüşlərinin nəticəsində Azərbaycan dünyaya əbədi və əzəli torpaqlarını hərb yolu ilə işğaldan azad edə biləcəyini göstərdi: “2020-ci ilin sentyabrın 27-də və 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən antiterror tədbirlərində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 ilə yaxın müddət ərzində Ermənistan tərəfindən işğalda saxlanılan torpaqları uğrunda döyüşlərdən Zəfərlə çıxdı. Şanlı Ordumuz işğalçı Ermənistan üzərindən tarixi qələbə qazandı. Torpaqlarımız azad edildi. Tarixi ədalət bərpa olundu. 44 gün davam edən Zəfər yürüşü Azərbaycan tarixinə qızıl hərflərlə daxil oldu. Azərbaycan ona məxsus olan ərazilərin əsl sahibi olduğunu dünyaya bəyan etdi. Bu gün Şuşada, Xankəndidə, Xocalıda, Kəlbəcərdə və digər ərazilərimizdə dalğalanan şanlı üçrəngli bayrağımız qürur mənbəyimizdir. Atıq azad edilmiş ərazilərdə aparılan quruculuq-bərpa işləri ölkəmizin sahibi olduğu əraziləri necə bir cənnət-məkan diyara çevirdiyinin əyani təzahürüdür”.
