05:16

Azərbaycanda Ramazan bayramıdır

Bu gün Azərbaycanda Ramazan bayramı qeyd olunur.

Lider.com.az bildirir ki, ölkəmizdə müqəddəs Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd edilir.

Bu il Ramazan bayramı Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tamamilə bərpa olunduğu şəraitdə keçirilməsi ilə əlamətdardır.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, aprelin 10-u və 11-i Azərbaycanda Ramazan bayramı qeyd edilir.

Azərbaycan məscidlərində bayram namazı isə aprelin 10-da saat 8:00 və 9:00-da qılınacaq.