
Bununla əlaqədar Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının 2 saylı ərazi partiya təşkilatının qərargahında müsabiqə təşkilatçılarının toplantısı keçirildi. Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri İlqar İlyasov Azərbaycan xalqının Ümummilli lideri, Ulu Öndər Heydər Əliyev irsindən geniş söhbət açaraq keçiriləcək müsabiqə ilə bağlı qarşıda duran vəzifələri təşkilatçılarının diqqətinə çatdırmışdır. Tədbirdə müsabiqə ilə bağlı bir sıra məsələlər müzakirə edilmiş, müsabiqənin yüksək peşəkarlıq və təlimatlara uyğun nəzərdə tutulmuş vaxtda təşkili və yekunlaşdırılması ilə bağlı tövsiyələr verilmişdir.



