Sizin Reklam Burada
RU
23:54

BU GÜN AĞSTAFADA ŞƏHİD ELŞAD HƏSƏNOVUN ŞƏHADƏT İLDÖNÜMÜ QEYD OLUNUB

BU GÜN AĞSTAFADA
ŞƏHİD ELŞAD HƏSƏNOVUN
ŞƏHADƏT İLDÖNÜMÜ QEYD OLUNUB .

Şəhidlər unudulmur ❗
Azərbaycan Ordusunun hərbi qulluqçusu, 44 günlük Vətən müharibəsi iştirakçısı, gizir Elşad Qabil oğlu Həsənovun şəhadətə ucalmasının birinci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Xətai kəndində şəhidin doğma evində keçirilən mərasimdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı
Seymur Orucov iştirak edib. Şəhidlərimizin ruhuna dualar oxunub, gizir Elşad Həsənovun keçdiyi şərəfli ömür və döyüş yolundan, eləcə də ölkəmizdə şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərilən yüksək dövlət qayğısından geniş bəhs olunub.
28.04.1994-cü ildə Xətai kəndində doğulub boya-başa çatan şəhidimiz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə “Vətən müharibəsi iştirakçısı”, “Vətən uğrunda” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur.
Allah rəhmət etsin!


Çox oxunanlar