Sizin Reklam Burada
RU
08:57

Avtomat, tapança və qumbaralar aşkarlandı

Polis əməkdaşları həftəsonu ölkə ərazisində avtomat, tapança və qumbaralar aşkarlayıblar.



Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.



Bildirilib ki, aprelin 13-də və 14-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 2 tapança, 2 qumbara, 10 tüfəng, 2 patron darağı və 586 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.



Həmçinin həftəsonu keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 4 ədəd müxtəlif markalı tüfəng aşkar edilərək götürülüb.

Çox oxunanlar