“EYUDER Azərbaycan” təhsil idarəçiləri və ekspertlər assosiasiyası və Azərbaycan Dövlət Pedaqoji Universitetinin təşkilatçılığı ilə baş tutan “Özünü bizimlə kəşf et – biliyini təcrübəyə çevir” adlı III Təhsil Zirvəsi beynəlxalq konfransında iştirak etdim.
Deputat həmkarım Vüqar İskəndərov ilə birlikdə qatıldığım tədbirdə çıxış edərək təhsil sistemimizlə bağlı məni narahat edən məqamlara toxundum.
Azərbaycan təhsil sisteminin inkişaf dinamikası ilə tam razı olmadığımı, dünya təhsil sistemi ilə ayaqlaşmamasını, eləcə də müəllimlərin sertifikasiya məsələsini qeyd etdim. Bildirdim ki, geniş dünyagörüşünə malik olan, yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə sahib olan, müasir təfəkkürlü, innovativ və kifayət qədər savadlı olan Azərbaycan müəllimlərinin istənilən sistemə uyğunlaşması o qədər də çətin deyil. Müəllimlərin hər il sertifikasiyadan keçməsi deyil, onların beynəlxalq standartlara uyğun təlim proqramlarına cəlb edilməsi və təkmilləşməsinin daha doğru olduğunu vurğuladım. Həmçinin son zamanlar müəllimlərimizin cəmiyyətdə nüfuzuna xələl gətirən halların artmasını, müəllim-şagird-valideyn münasibətlərini, məktəbdə baş vermiş hər hansı bir hadisəyə görə yalnız müəllimin deyil, eyni zamanda valideynin də məsuliyyət daşıdığını diqqətə çatdırdım.
Çıxışımda uşaqların dərslərini, testləri əzbərləməsi məsələsinə toxundum. Diplom xatirinə təhsilin yolverilməz olduğunu, bizə əzbərçi gənclər deyil, düşünə bilən beyinlər, analiz etməyi bacaran, yenilikçi, təşəbbüskar və bacarıqlı gənclər lazım olduğunu qeyd etdim. O cümlədən dünya təhsil sistemindən fərqli olaraq, Azərbaycan təhsil sisteminin çox asta templə inkişafının düşündürücü olmasından da danışdım.