
Lider.com.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb.
O, jurnalistlərə qısa açıqlamasında Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasının başlandığını təsdiqləyib.
"Bəli, bu doğrudur", - Peskov qısaca olaraq deyib.
Qeyd edək ki, dünən Rusiya sülhməramlılarının Qarabağdan çıxarıldığını əks etdirən videogörüntülər yayılıb.
Diplomatik mənbələrdən Ermənistan KİV-nə bildirilib ki, Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması mərhələli şəkildə həyata keçirilir.
“Kontingentin çıxarılması eşelonla Dağıstan vasitəsilə həyata keçirilir”, - diplomatik mənbə deyib.
Sülhməramlıların sonuncu qrupunun Azərbaycanl tərketmə vaxtı hələ açıqlanmayıb.
Sülhməramlı kontingent 44 günlük müharibəni dayandıran Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına uyğun olaraq Qarabağa yerləşdirilib.
