
Natiq bildirmişdir ki, Laçın rayonunda ictimai şura ilə müzakirə olunan məsələlərin əhatə dairəsinin son ildə daha da genişlənməsi, dövlət orqanları və vətəndaş cəmiyyətləri ilə müzakirələr aparması, mətbuata çıxışı, şuranın öz vhatsapp qrupunun fəaliyyət göstərməsi dövlət-vətəndaş münasibətlərinin tənzimlənməsində öz müsbət nəticəsini verir. Qərarların müzakirəsi zamanı daha fəal iştirak etmək, qəbul olunan qərarların yerinə yetirilməsində şəfaflıq prinsipi və qanunun aliliyini qorunmaq, vətəndaş məmnunluğunun təmin edilməsinə nail olmaq şura üzvlərinin əsas vəzifələrindən olduğu bildirilmişdir.
İclasda digər çıxış edənlər bildirmişlər ki, Laçın Rayon İcra Hakimiyyəti yanında İctimai Şurası mütəmadi olaraq rayonda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, ictimai birliklərlə fəal əməkdaşlıq edir, şəhid ailələri ilə görüşlər keçirir, həssas qrupdan olan insanları narahat edən məsələləri öyrənir və dövlət orqanları ilə müzakirə edir, Laçın Rayon İcra Hakimiyyəti və digər dövlət orqanları ilə qarşılıqlı əlaqədə öz işini qurur, qəbul edilmiş qərarların müzakirəsində, rayonun gələcək sosial-iqtisadi həyatına təsir edə biləcək qərarların qəbulu və vətəndaş cəmiyyəti ilə müzakirələrdə iştirak edir. İctimai Şuranın fəaliyyəti haqqında maarifləndirmə işi aparılır, ictimai şuraların cəmiyyətdə rolu, vəzifələri əhali arasında təbliğ edilir. Maarifləndirmə və təbliğat işlərinin aparılması ictimai şuranın fəaliyyət dairəsini genişləndirməyə və geniş auditoriya ilə işləməyə şərait yaradır. Bu səbəbdən də dövlət qurumlarının rəsmi internet resurslarında, mətbuat və sosial şəbəkələrdə maarifləndirmə işinin davam etdirilməsi iclas iştirakçılarının nəzərinə çatdırılmışdır.Daha sonra işğaldan azad edilmiş Laçın rayonunda aparılan tikinti, bərpa və quruşuluq işlərində, əhalinin doğma torpaqlarına qayıdışında və digər məsələlərin həllində İctimai Şuranın gördüyü işlər və qarşıda duran vəzifələr müzakirə edilmişdir.


