Tanınmış müğənni, Əməkdar artist Cavanşir Məmmədov vəfat edib.
Lider.com.az xəbər verir ki, sənət yoldaşları bu gün qəfil vəfat edən müğənninin ölüm səbəbinin ürəktutması olduğunu bildiriblər.
Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olub. Atası, respublikanın Əməkdar artisti İrşad Məmmədov dəf çalan olub. Cavanşir Məmmədov 1973-cü ildən qarmonda ifa etməklə sənətə gəlib. 1987-cü ildən isə qarmon çalmağa son qoyaraq, müğənni kimi fəaliyyət göstərməyə başlayıb.
2005-ci ildə ona “Əməkdar artist” fəxri adı verilib.
Allah rəhmət eləsin.