Müvafiq qrafikə əsasən Aşağı Kəsəmən kənd tam orta məktəb binasında təşkil olunan qəbulda Ağstafa RİH başçısı aparatının məsul şəxsləri, rayonunun hüquq-mühafizə orqanlarının rəhbərləri, aidiyyəti təşkilatların nümayəndələri, eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.RİH başçısı çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlardan, beynəlxalq aləmdə günü-gündən artan nüfuzundan söz açıb, eyni zamanda, Ağstafa rayonunda əhalinin rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən sosial-infrastruktur layihələr barədə ümumi məlumat verib.
Vətəndaşların müraciətləri qabul olunaraq nəzarətə götürülüb və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.