
O qeyd edib ki, ölkəmizin coğrafi mövqeyi, Şərqlə Qərb arasında bu tendensiyaya imkan yaradıb: “Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri – tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub” – deyə cənab Prezident Forum iştirakçılarını çəlumatlandırıb. Bu bir reallıqdır ki, Azərbaycan daxilində hər zaman müsbət mədəniyyətlərarası dialoq olub. Multikulturalizm Azərbaycan vətəndaşları üçün həyat tərzidir. Ölkəmizin başçısı da çıxışında Azərbaycanın müstəqilliyin ilk illərində çox böyük çətinliklər yaşadığını, dövlətimizi parçalamaq cəhdlərinin olduğunu da forumda diqqətə çatdırdı. Ölkəmizə qarşı işğal və separatçılıq cəhdlərinin olmasından bəhs olundu. Amma bütün bunlara Azərbaycan xalqının həmrəyliyini, birliyi sayəsində son qoyulduğu qeyd edildi. Bu amil ölkəmizdə milli maraqların qorunmasının hər zaman ümdə olduğunu bir daha təsdiq edir. Eyni zamanda ölkəmizdə mədəniyyətlərarası dialoq güclü şəkildə təşviq edilir. Bununla bağlı mütəmadı olaraq çoxsaylı tədbirlər təşkil olunur. Atılan bu addımlar dinlərarası dialoqla bağlıdır. Çünki dini nümayəndələrin rolu dünyada bütün xalqlar üçün vacibdir. Ölkə başçısının da qeyd etdiyi ki, Azərbaycan qəti şəkildə çoxtərəfliliyə sadiqdir. Ölkəmiz çoxtərəflilik dəyərlərini 120 ölkənin üzv olduğu Qoşulmama Hərəkatında 2019-cu ildən bu ilin əvvəlinə qədər fəal şəkildə təşviq edib. Ağır pandemiya dövründə belə Azərbaycan özünün təşəbbüsləri, yardımları ilə gündəmdə idi. Eyni zamanda ölkəmiz fəal şəkildə peyvənd millətçiliyinə qarşı çıxış edirdi. Bu gün isə ölkəmiz yeni müstəmləkə tendensiyalarına qarşı mübarizə aparılmasını təşviq edir. Cənab Prezidentin də vurğuladığı kimi XXI əsrdə bəzi Avropa ölkələri digər xalqlara müstəmləkə kimi yanaşır”.

Aqil Məmmədov bütün bunlara baxmayaraq Azərbaycan Ermənistana sülh sazişi ilə bağlı danışıqlara başlamaq təşəbbüsünü irəli sürən tərəf olduğunu söyləyib: “Hazırda bu baza prinsipləri əsasında iki tərəf arasında danışıqlar davam edir. Sözsüz ki, Azərbaycan ərazilərinin 30 il erməni işğalında qalması 1 milyon azərbaycanlının fundamental hüquqlarının pozulması mədəni, tarixi məkanların, o cümlədən 67 məsciddən 65-nin erməni vandalları tərəfindən tamamilə məhv edilməsinə beynəlxalq birlik lazımı səviyyədə qiymət verməyib. Ölkəmizin başçısı forumda həmçinin regionda sülh müstəvisində ciddi addımların atılmasının vacib olduğunu gündəmə gətirməklə yenidən Ermənistan üzərindən bəzi dövlətlərin oyunlar qurduğuna da diqqət çəkib. Azərbaycanın güclü və qalib ölkə kimi yenidən Cənubi Qafqazda münaqişə yaratmaq istəyən qüvvələrin niyyətinin reallaşmasına imkan verməyəcəyi ancaq sülh müstəvisində gedən görorsesləri təşviq edəcəyi bildirildi”.
