11:19

Bu rayonlarda güclü duman var

Cəlilabad və Masallı rayonlarının ərazisində güclü duman müşahidə olunur.

“Qafqazinfo” xəbər verir ki, hazırda Ələt-Astara magistral yolunun bu rayonlardakı ayrı-ayrı hissələrində duman səbəbindən görünüş məsafəsi təxminən 100 metr təşkil edir.

Hazırda magistral yolda nəqliyyat vasitələrinin hərəkəti davam edir.

Surxay Şahbazov