Sizin Reklam Burada
RU
13:39

ReAL sədri Natiq Cəfərlidən ilk AÇIQLAMA: “Siyahı hazırlayıram”


Xəbər verdiyimiz kimi, Natiq Cəfərli Respublikaçı Alternativ (ReAL) Partiyasının yeni sədri seçilib.

Bununla bağlı partiyanın Siyasi Komitəsi 21 sentyabrda qərar verib. Natiq Cəfərli partiya sədri olaraq fəalliyətinə 1 oktyabrda başlayacaq.

Maraqlıdır, Natiq Cəfərlinin sədr seçilməsindən sonra ReAL Partiyasında nələr dəyişəcək?

Natiq Cəfərliyə “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, partiyada əsas qərarverici orqan Siyasi Komitədir:

“Sədr sadəcə Siyasi Komitənin qərarlarını yerinə yetirməklə mükəlləfdir. Lakin sədr həm də ReAL Partiyasının yaxın gələcəkdə atacağı addımların planlarını və strategiyasını təqdim etməlidir.

Mən də hazırda bu addımların siyahısını hazırlayıram və 1 oktyabrda Siyasi Komitənin növbəti toplantısında bunu müzakirə edəcəyik. Əgər planlarım təsdiqlənsə, onların da təkliflərini və əlavələrini nəzərə alaraq oktyabrın 1-dən yeni strategiyaya uyğun addımların atılacaq. Ümumilikdə isə ReAL Partiyasında əsas qərarverici orqanın Siyasi Komitə olması sədr üçün də rahatdır. Çünki kollektiv ağıl, düşüncə və qərarvermə mexanizmi sədr üçün daha rahat işləməyə imkan yaradır”.

Natiq Cəfərli hədəfləri barədə də danışıb:

“Əslində siyasi xəttimizdə ciddi bir dəyişiklik olacağını düşünmürəm. Biz parlament partiyası olaraq bugünə qədər seçki institunun vacibliyi haqqında danışaraq, strategiyamızı vətəndaşları seçkiyə kökləmək idi. Bundan sonra da həmin strateji xətti davam etdirəcəyik. Lakin bu xəttə uyğun taktiki yeniliklər də ola bilər.

Üzvlərin cəlbinin artırılması, yeni layihəyələrin həyata keçirilməsi, bələdiyyələrin əhəmiyyəti ilə bağlı yeni ideyalarımızla bağlı müəyyən addımlar ola bilər. Həmçinin, ictimai müzakirələrin aktivləşdirilməsinə çalışacağıq. Bizim əvvəllər də belə təcrübəmiz var idi. Bütün bunların hamısının yeni formatda təsdiqinə baxılacaq. Siyasi Komitə təklif etdiyim yeni strategiyanı təsdiqlədikdən sonra bununla bağlı mətbuat konfransı da keçirməyi düşünürəm”.

O, partiyada dəyişikliklərin olacağını da söyləyib:

“Ümumi xətti Siyasi Komitə müəyyənləşdirir. Lakin müəyyən xırda detallarda sədrin dünya görüşündən doğan dəyişiklilər ola bilər. Təbii ki, yeni yanaşmaların da şahidi olacağıq”.

(Elmir Mustafa
“Cebheinfo.az)
Lider.com.az

Çox oxunanlar