13:25

Türkiyə prezidenti Qazaxıstana səfər edəcək

Türkiyə prezidenti Qazaxıstana səfər edəcəkTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstana səfər edəcək.

Türkiyə mətbuatı xəbər verir ki, səfər 3 noyabr tarixində gerçəkləşdiriləcək.
Ətraflı

Belə ki, Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) 10 illiyinə həsr olunmuş tədbirə qatılacaq.

Qeyd edək ki, bu gün Türkiyə XİN başçısı Hakan Fidan Qazaxıstanda səfərdədir.