Sizin Reklam Burada
RU
11:32

Hacı Şahinin yerinə yeni imam təyin edildi

Hacı Şahinin yerinə yeni imam təyin edildiMəşədi Dadaş məscidinə yeni imam təyin edilib.

Bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Sədr bildirib ki, məscidə Əli Şərbətov imam təyin olunub və o bu gün təqdim olunacaq.

O, həmçinin məscidə yeni təyinatların olacağını vurğulayıb:

"Məscidə əlavə təyinatlar da olacaq. Eyni zamanda qadın dini ayinlərinin icraçısı da təyin ediləcək".

Qeyd edək ki, Məşədi Dadaş məscidini imamı Hacı Şahin Həsənli mart ayında vəfat edib.

Çox oxunanlar