“Azadlıq” qəzeti, “Azadlıq” radiosu və Meydan TV-nin saytlarına qoyulan blok aradan qaldırılıb.Artıq internet resurslarından sözügedən media orqanlarının saytlarına giriş etmək mümkündür.
Qeyd edək ki, Səbail Rayon Məhkəməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında 2017-ci il mayında “Azadlıq” qəzeti, “Azadlıq” radiosu və Meydan TV-nin saytlarının bloklanması barədə qərar çıxarmışdı.
