Sizin Reklam Burada
RU
13:35

Xankəndi radiosunun azərbaycanlı aparıcısı vəfat etdi

Jurnalist İlham Cəmiloğlu vəfat edib.

Bu barədə "Report"a jurnalistin yaxınları məlumat veriblər.

Onlar bildiriblər ki, İlham Cəmiloğlu ötən gün gecə saatlarında ürək çatışmazlığından vəfat edib.

Qeyd edək ki, uzun müddət media sahəsində fəaliyyət göstərən İlham Cəmiloğlu hərbi jurnalist olub. O, SSRİ dövründə Xankəndi radiosunun azərbaycanlı aparıcısı idi.
Lider.com.az

Çox oxunanlar