Sizin Reklam Burada
RU
15:02

Şəhid ailələri rayonlarda işlə təmin olunmur

Şəhid ailələri rayonlarda işlə təmin olunmurŞəhid ailələri və qazilərin işlə təmin olunması məsələsi həll edilməlidir.

Axar.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Qənirə Paşayeva deyib.

O qeyd edib ki, şəhid və qazi ailələri rayonlarda işlə təmin olunmur:

“Bu məsələ niyə həllini tapmır? Bu, ciddi araşdırılmalıdır. Eyni zamanda müharibə iştirakçılarının müalicəsi ilə bağlı ciddi addımlar atılmalıdır.

Şəhid ailələrinin ev məsələsi də bu gün ən aktual məsələ kimi gündəmdədir”.

Çox oxunanlar