Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Şəmkir şəhərində ətraf region prokurorluqları və hüquq-mühafizə orqanlarının məsul əməkdaşları, digər dövlət qurumlarının, habelə təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə konfrans keçirilir."Report"un Qərb bürosunun məlumatına görə, tədbirdə Baş Prokurorluğun məsul şəxsləri, regional media nümayəndələri ilə yanaşı, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri də iştirak edir.
Konfrans çərçivəsində Şəmkir Rayon Prokurorluğunun inzibati binasında “Açıq qapı” gününün təşkil olunması da nəzərdə tutulub.
