Sizin Reklam Burada
RU
09:31

Azərbaycan TIR-ları blok-postu keçib - Qabrielyan

Azərbaycan TIR-ları blok-postu keçib - QabrielyanAzərbaycanlılar Rusiya sülhməramlılarının blok-postunu keçib və çadırlar qurmağa çalışır.

Axar.az xəbər verir ki, bu barədə keçmiş Əsgəran rayonunun keçmiş “meri” Alyoşa Qabrielyan deyib.

“İndi biz azərbaycanlılardan 200-400 metr uzaqlıqdayıq. Biz humanitar yüklərin qarşısını almaq üçün burdayıq. Onların göndərdiyi yardım bizə lazım deyil. Laçın dəhlizini açsınlar”, - deyə o bildirib.

Qeyd edək ki, hazırda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xankəndiyə göndərdiyi humanitar yardım Ağdam-xankəndi yolunda gözləyir.

Rusiyalı milyarder Ruben Vardanyanın dəstəsi isə humanitar yükün qarşısını almaq üçün toplaşıb.

Çox oxunanlar