
Lider.com.az istinadən bildirir ki, Roma Papası XIV Levin ağciyərindəki bədxassəli törəmənin götürülməsi əməliyyatından sonra hər hansı əlavə tibbi prosedura və ya müalicəyə lüzum qalmayıb.
Bu barədə Vatikanın rəsmi mətbuat xidməti məlumat yayıb.
Açıqlamada vurğulanıb ki, cərrahi müdaxilə zamanı götürülmüş bioloji nümunələr üzərində aparılan histoloji və molekulyar təhlillər xəstəliyin ağciyərin lokal adenokarsinoması olduğunu tam dəqiqləşdirib.
Tibbi arayışda bildirilir ki, həyata keçirilən sonrakı onkoloji yoxlamalar hər hansı əlavə müalicəyə ehtiyac olmadığını qəti şəkildə təsdiqləyib.
Xatırladaq ki, 71 yaşlı pontifik oktyabrın 13-də əməliyyat olunmuş və beş gün sonra tibb müəssisəsindən evə buraxılmışdı.
Qeyd edək ki, XIV Lev həftənin ilk günündə ənənəvi dualarla dindarların qarşısına çıxmışdı, həftənin çərşənbə günü isə Müqəddəs Pyotr meydanında yağışlı havada üstüaçıq avtomobillə gəzərək ümumi auditoriya görüşünü adi rejimdə davam etdirmişdi.
