01:08

Leyla Əliyeva Səmərqənddəki “Əbədi şəhər” tarixi kompleksini gəzib

Leyla Əliyeva Səmərqənddəki “Əbədi şəhər” tarixi kompleksini gəzib

Lider.com.az istinadən bildirir ki, oktyabrın 21-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistanın Səmərqənd şəhərində baş tutan “Uşaqların rifahına investisiya: gələcək nəsillərin dayanıqlı və ədalətli inkişafına doğru” Ümumdünya Sammiti və Uşaq Onkologiyası üzrə İkinci Beynəlxalq Konqresin iştirakçıları ilə birgə “Əbədi şəhər” kompleksini ziyarət edib.

Gəzinti zamanı Leyla Əliyeva Özbəkistanın birinci xanımı Ziroat Mirziyoyeva, Türkiyənin birinci xanımı Əminə Ərdoğan və Tacikistanın Baş nazirinin müavini Dilrabo Mansuri ilə ünsiyyət qurub, onlarla səmimi fikir mübadiləsi apararaq xatirə şəkilləri çəkdirib.