01:08

Səudiyyə Ərəbistanında “Saudi Aramco”nun infrastrukturuna dron zərbəsi endirilib: İki ölü var

Səudiyyə Ərəbistanında “Saudi Aramco”nun infrastrukturuna dron zərbəsi endirilib: İki ölü var

Lider.com.az istinadən bildirir ki, Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə strukturları “Saudi Aramco” müəssisəsinə istiqamətlənən pilotsuz uçuş aparatının qarşısını alıb və onu sıradan çıxarıb.

Krallığın Energetika Nazirliyinin yaydığı rəsmi açıqlamaya əsasən, pilotsuz aparatın zərbə cəhdi səbəbindən iki nəfər həyatını itirib, digər iki sakin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Fövqəladə hadisə dövlətin şərq bölgəsində yerləşən şirkət kompleksində baş verib.

Nazirlikdən əlavə edilib ki, baş verən insident “Saudi Aramco” obyektinin gündəlik iş rejiminə və istehsalat fəaliyyətinə heç bir mənfi təsir göstərməyib.

Hələlik hücumun arxasında kimlərin dayanması ilə bağlı heç bir rəsmi məlumat açıqlanmayıb.