01:08

Cəbrayıl rayonunda qeydə alınan yol qəzasında sürücü həyatını itirib

Cəbrayıl rayonunda qeydə alınan yol qəzasında sürücü həyatını itirib

Lider.com.az istinadən bildirir ki, Cəbrayıl rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Elşən Zaur oğlu Rüstəmovun idarə etdiyi "Kia" markalı nəqliyyat vasitəsi hərəkətdə olarkən sürücü sükan arxasında idarəetməni itirib.

Bunun nəticəsində avtomobil yolun kənarına çıxaraq aşıb.

Baş verən qəza nəticəsində sürücü Elşən Rüstəmov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla əlaqədar olaraq müvafiq araşdırmalara başlanılıb.