01:43

Hörmüzqan əyalətində ardıcıl partlayışlar qeydə alınıb

Hörmüzqan əyalətində ardıcıl partlayışlar qeydə alınıb

Lider.com.az istinadən bildirir ki, İranın cənub bölgəsində yerləşən Hörmüzqan vilayətində bir sıra partlayış səsləri eşidilib.

Hadisənin həftənin çərşənbə günü baş verdiyi bildirilir.

Partlayışların başvermə səbəbləri və təbiəti barədə hələ ki dəqiq informasiya yoxdur, eləcə də hər hansı dağıntı və ya zərərçəkənlər haqqında rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, Fars körfəzinin şimal hissəsində qərarlaşan Hörmüzqan əyaləti strateji baxımdan mühüm mövqeyə malikdir və Oman körfəzi ilə yanaşı, Hörmüz boğazına da çıxışı mövcuddur.