03:21

Paytaxtda ötən əsrin sonlarına aid ağır cinayətin üstü açılib

Paytaxtda ötən əsrin sonlarına aid ağır cinayətin üstü açılib

Lider.com.az istinadən bildirir ki, paytaxtda uzun illər əvvəl qeydə alınmış qətllə bağlı təhqiqat başa çatıb və cinayətin üstü açılıb.

Daxili İşlər Nazirliyi və prokurorluq qurumlarının birgə reallaşdırdığı əməliyyat-axtarış tədbirləri nəticəsində 2001-ci il iyunun 30-da Nəsimi rayonu ərazisində Həqiqət Məmmədovanın qəsdən öldürülməsində şübhəli bilinən şəxsin kimliyi müəyyənləşdirilib.

Hadisəni törətməkdə ittiham olunan 1976-cı il təvəllüdlü Rövşən Zeynalov yaxalanaraq istintaq orqanlarına təslim edilib.

Hazırda araşdırma prosesi davam etdirilir.