
Lider.com.az istinadən bildirir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin strukturuna daxil olan Regional Su Meliorasiya Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurası ilk toplantısını reallaşdırıb.
Səhmdar cəmiyyətinin mətbuat xidmətindən çatdırılıb ki, yığıncaq zamanı ölkə başçısının sərəncamı ilə qurumun publik hüquqi şəxsdən QSC-yə transformasiyası məsələsi nəzərdən keçirilib, həmçinin yeni statusun bölgələrdə su idarəçiliyinə verəcəyi töhfələr ətrafında fikir mübadiləsi aparılıb.
Toplantı çərçivəsində cəmiyyətə yeni rəhbər təyinatı da gerçəkləşib.
Müşahidə Şurasının verdiyi qərara əsasən, bu vaxtadək Regional Su Meliorasiya Xidməti sədrinin müavini vəzifəsini tutan Elçin Zahid oğlu Məmmədov yeni yaradılan QSC-nin icraçı direktoru postuna təyin olunub.
Bununla yanaşı, qurumun sabiq sədri Zakir Bəybala oğlu Quliyev Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müvafiq əmri ilə həmin Agentliyin sədr müşaviri postuna gətirilib.
