
Lider.com.az istinadən bildirir ki, Amerika Birləşmiş Ştatlarının lideri Donald Trampın kürəkəni və xüsusi elçisi Cared Kuşner Ukrayna böhranının tənzimlənməsi prosesində irəliləyişə nail olunduğunu diqqətə çatdırıb.
O, bu barədə “X” platformasındakı səhifəsində məlumat paylaşıb.
Siyasətçinin qeyd etdiyinə görə, son günlər ərzində baş tutan müzakirələr kifayət qədər konstruktiv mühitdə keçib.
“Son bir neçə gündə ümidverici irəliləyiş əldə olunub”, – deyə Kuşner vurğulayıb.
O əlavə edib ki, ədalətli və davamlı sülhün təmin edilməsi üçün hələ də müəyyən istiqamətlərdə fəaliyyət davam etdirilməlidir.
“Qarşıda görüləsi işlər var. Lakin bu müharibəyə son qoymaq, gələcək nəsillər üçün davamlı sülhün, təhlükəsizliyin və rifahın əsasını yaratmaq baxımından real imkanımız mövcuddur”, – deyə o əlavə edib.
