
Lider.com.az istinadən bildirir ki, Amerika Birləşmiş Ştatlarının dövlət başçısı Donald Tramp “SpaceX” şirkətinin təsisçisi İlon Maskdan Ukrayna ərazisində tətbiq olunan hərbi təyinatlı “Starshield” peyk rabitəsi məhdudiyyətlərinin ləğv edilməsini tələb edib.
Bu barədə “The Wall Street Journal” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
İnsayderlərin sözlərinə görə, Ağ Ev rəhbəri ilə milyarder arasında baş tutan telefon ünsiyyətindən dərhal sonra sistemlər yenidən fəaliyyətə başlayıb, baxmayaraq ki, internet bağlantısının ötürmə sürəti hələ də tam bərpa olunmayıb.
“SpaceX” korporasiyası baş verənlərlə bağlı hər hansı şərh verməkdən yayınıb, administrasiya isə Amerika liderinin məhdudiyyətlərin qoyulmasında heç bir rolunun olmadığını əks etdirən əvvəlki bəyanatlarını xatırladıb.
