
Lider.com.az istinadən bildirir ki, Birləşmiş Ştatların Respublikaçılar və Demokratlar partiyalarını təmsil edən bir qrup qanunverici dövlət postlarına təklif olunan namizədlərin təsdiq prosesinə mane ola biləcəklərini bəyan ediblər.
Mötəbər mənbələrə istinadən yayılan məlumatlara əsasən, bu barədə senatorlar tərəfindən Ağ Ev rəsmilərinə artıq xəbərdarlıq ünvanlanıb.
Parlamentarilərin administrasiyadan əsas tələbi Ukrayna ordusunun “Starlink” peyk rabitə şəbəkəsinə çıxış imkanlarının yenidən təmin edilməsi ilə bağlı zəmanətdir.
Əks təqdirdə, onlar dövlət başçısının müxtəlif vəzifələrə irəli sürdüyü namizədlərin parlamentdə təsdiqlənməsinin qarşısını almaqda qərarlıdırlar.
Qəzetin yazdığına görə, qanunvericilər ilə hakimiyyət nümayəndələri arasındakı fikir ayrılıqları qarşıdakı aralıq seçkilərindən sonra daha da dərinləşə bilər.
Buna səbəb kimi respublikaçıların yeni Konqresin işə başlamasına qədər Trampın təqdim etdiyi çoxsaylı namizədlərin təsdiqinə nail olmağa çalışacağı göstərilir.
