
Lider.com.az istinadən bildirir ki, Milli Məclisin qarşıdakı toplantısının vaxtı və müzakirəyə çıxarılacaq məsələlərin siyahısı ictimaiyyətə təqdim olunub.
Oktyabrın 23-də baş tutacaq iclasın gündəliyinə daxil edilən bəndlər aşağıdakılardır:
1. Azərbaycan Respublikası Hesablama Palatasının auditorunun seçilməsi məsələsi.
2. “Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri”nin təsdiq edilməsi barədə qanun layihəsi.
3. “Dövlət satınalmaları haqqında” qanuna dəyişiklik edilməsi layihəsi (üçüncü oxunuş).
4. Cinayət Məcəlləsində və Cinayət-Prosessual Məcəlləsində dəyişikliklərin edilməsi layihəsi (üçüncü oxunuş).
5. Əmək Məcəlləsində və “Aviasiya haqqında” qanunda dəyişiklik edilməsi barədə sənəd (ikinci oxunuş).
6. “Texniki tənzimləmə haqqında” qanuna dəyişiklik edilməsi layihəsi (ikinci oxunuş).
7. “İcra haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə layihə (ikinci oxunuş).
8. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişiklik layihəsi (birinci oxunuş).
9. Yeni “Aqrar sahə haqqında” qanun layihəsi (birinci oxunuş).
10. Mülki Məcəllədə, həmçinin “Kredit ittifaqları haqqında”, “Büdcə sistemi haqqında”, “Fitosanitar nəzarəti haqqında” və “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).
11. “Məhsul şəhadətnaməsi haqqında” yeni qanun layihəsi (birinci oxunuş).
12. Mülki Məcəlləyə və “İcra haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).
