01:59

Xerson istiqamətində atəşkəs tətbiq olunacaq

Xerson istiqamətində atəşkəs tətbiq olunacaq

Lider.com.az istinadən bildirir ki, Ukraynanın Xerson vilayətində yerləşən Oleşki şəhəri ətrafında humanitar missiyanın yerinə yetirilməsi məqsədilə Rusiya Silahlı Qüvvələri tərəfindən atəşkəs elan olunacaq.

Bu barədə açıqlamanı Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini, ordu generalı Valeri Gerasimov verib.

Onun diqqətə çatdırdığına əsasən, oktyabrın 27-də Moskva vaxtı ilə saat 04:00-da, Bakı vaxtı ilə isə saat 05:00-da Xerson cəbhəsində atəş tamamilə kəsiləcək.

Gerasimov qeyd edib ki, Xerson vilayətinin Oleşki qəsəbəsi ətrafında humanitar tədbirlərin reallaşdırılması ilə əlaqədar Rusiya hərbçiləri oktyabrın 27-si saat 04:00-dan etibarən həmin istiqamətdə silaha sarılmayacaq və sükut rejiminə riayət olunacaq.

Elan edilən atəşkəsin müddətinin nə qədər çəkəcəyi hələlik açıqlanmayıb.