
Lider.com.az istinadən bildirir ki, İsrail dövlətinin baş naziri Benyamin Netanyahu ölkə silahlı qüvvələrinin İordan çayının qərb sahilində irimiqyaslı əməliyyat həyata keçirməyə hazırlaşdığını bəyan edib.
Hökumət başçısı bölgədə kifayət qədər miqyaslı hərbi tədbirlərin nəzərdən keçirildiyini vurğulayıb.
Onun sözlərinə görə, bu, 1967-ci ildən bəri görünməmiş bir hərəkat olacaq və əməliyyatın başlanma tarixini də özləri təyin edəcəklər.
Xatırladaq ki, həmin gün İordan çayının qərb sahilində yerləşən İsrail hərbi nəzarət məntəqəsinə silahlı basqın edilib.
Təxribat nəticəsində iki İsrail əsgəri həyatını itirib, digər üç nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Qeyd edək ki, 1967-ci ildə İsrail ilə bir neçə ərəb dövləti arasında Altıgünlük müharibə baş vermişdi və həmin müharibə zamanı İsrail Suriyanın Colan təpələrini, eləcə də Misirin Sinay yarımadasını ələ keçirmişdi, Colan təpələri isə bu günədək İsrailin nəzarəti altındadır.
