
Lider.com.az istinadən bildirir ki, oktyabrın 23-də Rumıniyanın Konstansa limanından 13 dəniz mili aralıda göyərtəsində Azərbaycan vətəndaşlarının yerləşdiyi "KHORYV" adlı xarici yük gəmisi PUA hücumuna məruz qalıb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə hadisə ilə əlaqədar açıqlama verərək bildirib ki, on üç nəfərlik heyətin tərkibində olan üç həmvətənimizin hamısının həyatı qurtarılıb.
Nazirlik rəsmisinin sözlərinə görə, yüngül xəsarət alan 1992-ci il təvəllüdlü Rufan Xaliq oğlu Əhmədov həkim müayinəsindən keçdikdən sonra otelə köçürülüb.
O qeyd edib ki, ölkəmizin Rumıniyadakı səfirliyi və digər əlaqədar qurumlar məsələni nəzarətdə saxlayaraq birgə tədbirlər həyata keçirirlər və soydaşlarımıza zəruri konsulluq yardımı göstərilir.
Diplomatik ведомствo bir daha vətəndaşlarımızı hərbi əməliyyatların davam etdiyi, təhlükəsizliyin zəif olduğu zonalara səfər etməməyə, o cümlədən Qara və Azov dənizləri akvatoriyalarında hərəkət edən gəmilərdə işləməkdən çəkinməyə çağırıb.
Xatırladaq ki, həmin gün Qara dənizdə Azərbaycan və Ukrayna vətəndaşlarının olduğu "Xoriv" ticarət gəmisinin zərər çəkdiyi barədə xəbərlər yayılmışdı, ümumi heyətin on nəfərinin ukraynalı, üç nəfərinin isə azərbaycanlı olduğu açıqlanmışdı.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen də gəminin vurulduğunu təsdiqləmişdi.
