
Lider.com.az istinadən bildirir ki, Ukrayna hərbçiləri aerostatların köməyi ilə idarə olunan pilotsuz uçuş aparatları vasitəsilə Moskva şəhərindəki hava limanlarına hücum təşkil ediblər.
Zərbə aparatlarının Serpuxov, Çexov, Ramenskoye, Elektrostal və Noqinsk yaşayış məntəqələrinin üzərindən keçməklə Vnukovo, Domodedovo, həmçinin Şeremetyevo aeroportlarına doğru irəlilədiyi qeyd olunub.
Məlumatda vurğulanıb ki, meteoroloji və digər tipli hava şarları dronların daşınması və buraxılması məqsədilə tətbiq olunub.
Paytaxt meri isə öz növbəsində Rusiya paytaxtına istiqamət alan 26 pilotsuz uçuş aparatının zərərsizləşdirildiyini bəyan edib.
