
Lider.com.az istinadən bildirir ki, amerikalı iş adamı İlon Mask Ukrayna siyasi və iş dünyası elitasının Qərb dövlətlərinin ayırdığı maliyyə yardımları sayəsində sərvət topladığını iddia edib.
O, bu barədə özünün "X" sosial media səhifəsində yazıb.
Maskın fikrincə, Ukrayna cəmiyyətindəki hökmran təbəqə ilə sıravi vətəndaşlar arasında kəskin maraq ziddiyyəti var.
“Əslində, Ukraynada elita ilə xalqın maraqları arasında böyük uçurum var. Elita ölkəyə daxil olan yüz milyardlarla dollar hesabına xeyli varlanıb, sadə insanların övladları isə səngərlərdə həlak olmaq üçün orduya çağırılır”, – deyə sahibkar vurğulayıb.
Qeyd edək ki, milyarder irəli sürdüyü bu fikirləri heç bir dəqiq sübutla əsaslandırmayıb.
