
Lider.com.az istinadən bildirir ki, Nigeriyanın Taraba əyalətində silahlıların yaşayış məntəqəsini hədəf alması nəticəsində ən azı 40 dinc sakin qətlə yetirilib.
Bu barədə hüquq müdafiəçilərinə istinadən yerli mətbuat yazıb.
Hadisənin Taraba ştatının Karim-Lamido bölgəsində yerləşən Binnari kəndində qeydə alındığı diqqətə çatdırılıb.
Qeyd olunub ki, basqınçılar qonşu Plato ştatından inzibati sərhədi aşaraq kəndə soxulublar.
Hücum edənlər yerli sakinlərin əkin sahələrini oda verib, yaşayış evlərini və mağazaları dağıdıb, həmçinin insanlara qarşı odlu silahdan istifadə ediblər.
Şahidlərin verdiyi məlumata əsasən, qurbanların miqdarı arta bilər, çünki bir çox kənd sakininin aqibəti hələ də qaranlıq olaraq qalır.
Hazırda hadisə bölgəsində axtarış və xilasetmə tədbirləri həyata keçirilir.
