Lider.com.az istinadən bildirir ki, Liviyanın Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid Dbeybə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın onların dövləti ünvanına səsləndirdiyi fikirlərə qarşı çıxıb.
Hökumət başçısının sözlərinə görə, Liviya müstəqil ölkədir və onlar öz xalqına, həmçinin terrorizmə qarşı mübarizədə ağır itkilər verən millətə yönələn təhqiredici ifadələrə dözməyəcəklər.
Baş nazir vurğulayıb ki, ABŞ ilə əlaqələrin qarşılıqlı hörmət çərçivəsində davam etdirilməsində maraqlıdırlar, lakin Liviyanın və vətəndaşlarının şərəfinin seçkiqabağı mübahisələrə alət edilməsini qəti şəkildə rədd edirlər.
Xatırladaq ki, bundan əvvəl Donald Tramp Corciya ştatındakı seçki mitinqində Liviya, Yəmən, Somali və Haiti haqqında tənqidi və sərt sözlər işlətmişdi.
