Lider.com.az istinadən bildirir ki, Azərbaycanın yunan-Roma üslubunda güləşən idmançısı Eldəniz Əzizli dünya çempionatında növbəti dəfə qızıl medala layiq görülüb.
Əlli beş kiloqram çəkidə yarışan pəhləvanımız Qazaxıstanın paytaxtı Astana şəhərində baş tutan mundialın zirvəsinə yüksəlib.
Həlledici qarşılaşmada iranlı pəhləvan Payam Əhmədi ilə qüvvəsini sınayan Əzizli rəqibini 3:1 hesabı ilə üstələyərək karyerasında beşinci dəfə dünya çempionu adına yiyələnib.
Xatırladaq ki, həmin gün digər yunan-Roma güləşçimiz Sənan Süleymanov (77 kq) da çempionluq matçına çıxacaq və moldovalı Aleksandrin Qutu ilə qarşılaşacaq.
